Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:19

Şimali Koreya hərbi təlimlərlə bağlı ABŞ-ı hədələyir


Şimali Koreya ABŞ-ın son addımlarını cavabsız qoymayacağıyla bağlı xəbərdarlıq eləyib. Hanoydakı beynəlxalq konfransa qatılan Şimali Koreya nümayəndə heyətindən Ri Tong İl deyib ki, həftəsonuna nəzərdə tutulan ABŞ CƏnubi Koreya hərbi-dəniz təlimləri Şİmali Koreyanın suverenliyinə müdaxilədir və “fiziki cavab” verəcəklər.

ABŞ bu həftənin əvvəli Cənubi Koreyanın hərbi gəmisini batırmaqda ittiham elədiyi Pxenyan hökumətinə qarşı sanksiyalar tətbiq eləmişdi. ABŞ Dövlət Katibi və Müdafiə naziri iki ölkə arasındakı buffer zonasında gözlənilməz səfər etmişdilər. Üstəlik, bu həftəsonu CƏnubi Koreya və ABŞ hərbi təlim keçirəcəklərini də bəyan ediblər.

ABŞ Dövlət Katibi Hillari Klinton Hanoydakı ASEAN ölkələri sammitində Şimali Koreyanı təxribat kampaniyası aparmaqda və təhlükəli davranışlarda ittiham edib.
XS
SM
MD
LG