Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:45

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin məhkəmə prosesi təxirə salınıb


İyulun 23-də Ali Məhkəmənin hakimi Aslan Kəlbaliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin Ədliyyə Nazirliyinə qarşı işi üzrə keçirilən məhkəmə prosesi təxirə salınıb.

İddiaçı tərəf - Mərkəzin sədri Anar Məmmədli qarşı tərəfin məhkəmə prosesinə gəlməməsini işin yubadılması ilə əlaqələndirib.

«Biz təəssüf edirik ki, məhkəmə prosesi növbəti dəfə yubadıldı. Ötən ildən başlanan məhkəmə çəkişmələri yerli, apelyasiya məhkəmələrində yubadıldı, indi isə sonuncu instansiya məhkəməsində işi yubadılır. Əgər Ali məhkəmənin qərarı bizi qane etməzsə biz Avropa Məhkəməsinə çıxmağı düşünürük. Çox təəssüflər ki, bu gün Ədliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə gəlmədi. Mən hesab etmirəm ki, onlar məhkəmə prosesi haqda məlumatsız idilər. Ola bilsin ki, onlar işi bilərəkdən bizim Avropa Məhkəməsinə çıxmamağımız üçün yubadırlar».

Ədliyyə Nazirliyinin mövqeyini hələlik öyrənmək mümkün olmayıb.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 22 iyul 2009-cu ildə Ədliyyə Nazirliyinə qarşı “Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtinanın qanunsuz sayılması və birləşmək hüququnun pozulması”na dair iddia qaldırıb.

Bu mərkəz 2008-ci ilin mayında ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin təsisçiləri və üzvləri tərəfindən təsis olunub.
XS
SM
MD
LG