Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:45

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb


Bakıda həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə «APA»ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, iyulun 22-də Qobustan həbsxanasında cəza çəkən, Cinayət Məcəlləsinin 317.2.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum, 1965-ci il təvəllüdlü Elxan Lətif oğlu Məmmədovun yanına sovqat gətirən qonşusu, 1982-ci il təvəllüdlü Sərkərov Səfa Namiq oğlunun gətirdiyi ərzaq məhsullarına və əşyalara baxış keçirilərkən birdəfəlik qulaq təmizləyici olan 4 ədəd pambıq çubuğuna maye şəklində hopdurularaq qurudulmuş, xalis çəkisi 0,153 qram olan narkotik maddə - heroin tapılaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG