Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:21

Prezident:«Azərbaycan iqtidarı tənqidlərə də, hətta təhqirlərə də dözümlüdür»


«Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik. Azərbaycan dövləti və iqtidarı tənqidlərə də, hətta təhqirlərə də dözümlüdür. Mən Prezident kimi buna əhəmiyyət vermirəm». Prezident İlham Əliyev dünən Mətbuat Şurasının yeni binasının açılışı zamanı belə deyib:

Prezident bildirib ki, mediada yalan informasiyanın verilməsi qəbuledilməzdir. Əvvəlki dövrlərdə bu, çox geniş meydan tapmış bir yanaşma idi. İlham Əliyev deyib ki, bu siyasi mübarizə üsulu Azərbaycanın siyasi səhnəsindən getməlidir.

Jurnalistlərin məsuliyyəti məsələsinə münasibət bildirən prezident jurnalistikada qərəzsiz mövqenin çox vacib olduğunu qeyd edib.

Prezident jurnalistlərin hüquqları haqqında da danışıb, deyib ki, jurnalistlərin hüquqları tam şəkildə qorunmalı, müdafiə olunmalıdır. Jurnalistlərə qarşı hörmətsizlik, zorakılıq edilməməlidir.

İyulun 22-dəAzərbaycanın Milli Mətbuatı 135 illik yubileyini qeyd edib.

Hazırda Azərbaycanda bir jurnalist, iki bloqqer həbsdədir.
XS
SM
MD
LG