Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:24

Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək


İyulun 22-də Gürcüstanın baş naziri Nika Qilaurinin başçılığı ilə Gürcüstan hökumətinin nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Bakıda Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclası keçiriləcək.

Budəfəki iclasda qaz tədarükü, 500 kilovoltluq gücə malik elektrik xətt ötürücüsü, Bakı-Tbilisi-Qars dəmir yolunun və Rustavi-Bakı avtoyolunun tikintisi üzrə razılaşdırılan məsələlər müzakirə ediləcək.

Komissiyanın iclasından sonra Gürcüstan Baş nazirinin azərbaycanlı həmkarı Artur Rasizadə ilə görüşü olacaq.
XS
SM
MD
LG