Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:55

Metyu Brayza ilə bağlı Senatda dinləmələr keçirilib


«Namizədliyim təsdiq olunacağı təqdirdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım edəcəyəm».

Bunu iyulun 22-də ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi irəli sürülən Metyu Brayza ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı deyib.

Brayza bildirib ki, Dağlıq Qarabağ probleminin həlli üçün əlindən gələni edəcək, Azərbaycan və Ermənistan arasında razılığın əldə olunmasına dəstək göstərəcək.


Brayzanın namizədliyini ABŞ prezidenti Barak Obama irəli sürüb.

Senatın komitəsində çıxış edən Brayza namizədliyinin erməni diasporu tərəfindən tənqidlə qarşılanmasına da münasibət bildirib, deyib ki, kiminsə tənqidi ilə üzləşmək oyunun bir hissəsidir:

«Tənqid olunmaq yaxud bu və ya digər tərəfə daha yaxın olduğumun düşünülməsi oyunun bir hissəsidir və mən hər zaman obyektivliyimi qorumalı və lazım gələndə sərt mesaj verməliyəm».

Metyu Brayza bundan əvvəl Qarabağ münaqişəsinin həlli üçün danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri olub.

ABŞ-ın Azərbaycandakı postu ötən ildən boşdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG