Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:24

BQXK-nin nümayəndələri azərbaycanlı əsirə baş çəkəcəklər


Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri Anar Hacıyevə baş çəkəcəklər.

Onlar əsgərə ailəsinin məktubunu çatdıracaqlar.

Bu barədə APA-ya əsgərin anası Nailə Məmmədova məlumat verib.

BQXK əməkdaşları sonuncu dəfə Anar Hacıyevə bu il mayın 12-də baş çəkiblər.

1990-cı il təvəllüdlü Anar Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

2009-cu il mayın 10-da Füzuli istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.
XS
SM
MD
LG