Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:30

Prezident Mətbuat Şurasının yeni binasının açılışında iştirak edib


İyulun 22-də prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak edib.

Əsaslı şəkildə yenidən qurulmuş ikimərtəbəli binanın ümumi tikinti sahəsi zirzəmi ilə birlikdə 700 kvadratmetrdir. Ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılıb, binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə sistemləri quraşdırılıb.

Binada xidməti otaqlarla yanaşı, konfrans zalı, müraciətlərin qəbulu, monitorinq qrupu və komissiyalar üçün otaqlar da yerləşir.

Bina ilə tanışlıqdan sonra prezident İlham Əliyev Mətbuat Şurası idarə heyətinin üzvləri ilə görüşüb, onları həm milli mətbuat günü, həm də yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik edib. /AzərTAc/

XS
SM
MD
LG