Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:03

Haaqa Məhkəməsi Kosovanın taleyini həll edir


Kosovanın Serbiyadan ayrılaraq müstəqilliyini elan etməsi qanuni olub ya yox – iyulun 22-də Beynəlxalq Haaqa Məhkəməsi bununla bağlı öz qərarını açıqlayacaq.

Kosova 2008-ci ilin fevralında müstəqilliyini elan edib. İndiyə qədər ABŞ, Avropa birliyi ölkələri də daxil olmaqla 70-ə yaxın dövlət onun müstəqilliyini tanıyıb.

Ötən il Serbiya BMT Baş Assambleyasının təşəbbüsü ilə Beynəlxalq Məhkəməyə müraciət edib, Kosovanın müstəqilliyini elan etməsi ilə ölkənin ərazi bütövlüyünün pozulduğunu bildirib.

Haaqa Məhkəməsinin qərarı məcburi olmayacaq, ancaq ekspertlər qərarın separatist hərəkatların mövcud olduğu regiona təsirsiz ötüşməyəcəyini deyirlər.

Azərbaycan Serbiyanın ərazi bütövlüyünü tanıyır, Kosovanın müstəqilliyini qəbul etmir.
XS
SM
MD
LG