Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:23

Azərbaycan Milli Mətbuatı 135 yaşını qeyd edir


İyulun 22-də Azərbaycan Milli Mətbuatı 135 illiyini qeyd edilir.

Azərbaycanın ilk mətbu orqanı «Əkinçi» qəzetinin nəşrə başladığı gün - iyulun 22-si ölkə jurnalistlərinin peşə bayramı kimi qeyd edilir.

Maarifçilik hərəkatının görkəmli xadimlərindən olan Həsən bəy Zərdabi 1875-ci ilin bu günündə Bakıda qubernator mətbəəsində Azərbaycan dilində «Əkinçi» qəzetinin nəşrinə nail olur. Bununla da milli mətbuatın əsası qoyulur.

Hazırda ölkədə çoxlu sayda qəzet və jurnal nəşr olunur. Beynəlxalq təşkilatlar Azərbaycan jurnalistlərinin əsas problemi kimi «Diffamasiya haqqında» qanunun qəbul edilməməsini, media işçilərinin hökumət tərəfindən təqiblərə məruz qaldığını, informasiya əldə etmək hüquqlarının pozulmasını və s.-ni göstərir.

Hazırda ölkədə 1 jurnalst, 2 bloqqer həbsdədir. Onların məhz hökuməti tənqid etdiyinə görə həbs olunduqları bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG