Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:46

Azərbaycanda 12 yaşlı qız 1200 metr hündürlükdən tullanıb


Azərbaycanın tarixində ilk dəfə 12 yaşlı qız paraşütlə 1200 metr hündürlükdən tullanıb. Bu barədə Balakən Aviasiya Mərkəzinin rəisi polkovnik-leytenant Məhyəddin Süleymanov məlumat verib.

Bu gün Balakən Aviasiya Mərkəzində sınaq uçuşları və yeniyetmələr arasında paraşütlə tullanma yarışı keçirilib.

Yarışda 12-17 yaş arasında 7 yeniyetmə iştirak edib.

Yarışda iştirak edən 12 yaşlı Balakən rayon, Tülü kənd sakini Abdullayeva Nigar daha çox diqqəti cəld edib.

12 yaşlı qızın 1200 metr hündürlükdən tullanması Azərbaycan və MDB tarixində ilk hadisədir.
XS
SM
MD
LG