Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:53

ABŞ Şİmali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edəcək


Cənubi Koreyada səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton bəyan edib ki, Birləşmiş Ştatlar Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

Hillari Klinton qeyd edib ki, burda əsas məqsəd Şimali Koreyanın nüvə silahı proqramını maliyyələşdirən qanunsuz fəaliyyətlərin qarşısını almaqdır.

Hillari Klintonu bu səfərdə müdafiə naziri Robert Geyts müşaiyət edir.

Onlar Cənubi Koreyanın xarici işlər və müdafiə nazirləri ilə görüşüb, şimalla cənub arasındakı təhlükəsizlik zolağına baş çəkiblər.

Liderlər həmçinin Şimali Koreyanı bu ilin martında Sarı dənizdə Cənubi Koreya gəmisinin batmasına görə cavabdehliyi üzərinə götürməyə çağırıblar.

Beynəlxalq istintaqın nəticəsinə görə gəmi şimaldan buraxılmış torpedoyla vurulub.

Şimali Koreya ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG