Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:32
Molla Nəsrəddin

Qiyməti 12 qəpik 21 iyul, 1906 № 16



Qeyrət

- Məşədi Heydər, gəl gedək uyezdni naçalnikə şikayət edək.

- Qoy mən bir aftaba götürüm gəlim.

- Kərbəlayı Qasıməli, buyur sən gəl gedək.

- Ay filankəs, papiros qutum qalıb hamamda, gedim gətirim gəlim.

- Ay Mirzə Hüseyn ağa, barı siz buyurun gedək.

- Nökər bizim oğlanı gətirib bazara, verim dəllək başını vursun, gəlim.

- Hacı, sən allah siz təşrif gətirin gedək.

- Aydə, sən allah insaf elə, mən gedim murdar urusun biriylə ağız-ağıza verim?


QAFQAZ XƏBƏRLƏRİ

Culfa

İran gömrük rəisinin hökmü ilə bundan sonra “Molla Nəsrəddin”-də olan insan surətlərinin hər birisinə insan kimi 13 qran “torpaq basdı” pulu alacaqlar.


Vladiqafqaz

Salam-əleyküm, Molla əmi!

Necəsən, dadaş, kefiniz necədir? Bir də dəxi Hacı Əbdürrəhim əfəndinin tilsimlərinə və peçeniyələrinə şəkk gətirəcəksən? O kişi yazmışdı ki, 40 günə kimi Duma dağılır.

Görürsənmi ki, heç 10 gün də çəkmədi. İndi dəxi bilmirəm ki, genə bu cadu-bitigə və bu bitli tumanbağı və xışdək parçaları ilə və fırtıqlı dəsmallar ilə zinət tapan pirlərə şəkk gətirəcəksən?

Allah rəhmət eləsin cəmi ölənlərinizə, bizim bir Tükəzban xala var idi. Allah sizin də cəmi ölənlərinizə rəhmət eləsin, o rəhmətlik həmişə mənə deyərdi, indi deməsin, allah cəmi ölənlərinizə rəhmət eləsin, o rəhmətlik həmişə üzün bizim rəhmətlik Zöhrə bibiyə tutub deyərdi, indi tutmasın və indi deməsin, o rəhmətlik xalamız rəhmətlik bibimizə Allah sizin də ölənlərinizə rəhmət eləsin, deyərdi ki, balam, Zöhrə, sənə deyirəm, amma bu corma-cocuqlara eşitdirirəm, bax... mənə şüğülzümmə olasan ki, hər vaxt “Qudurğanlar” pirinə gedəndə mənim yerimə yüz min yol onun baş daşından öpüb bu bayatıları oxumayasan, ta nəfəsin gələnə kimi:

Əzizim soltana bax
Şaha bax, soltana bax
Ölənləri oyadır
Bu oyax soltana bax.

Sırtıx

"Molla Nəsrəddin təqvimi" Rubrikanın arxivi

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG