Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:59

Prezident duz zavodunun açılışında iştirak edib


İyulun 21-də prezident İlham Əliyev Azərbaycan Duz İstehsalat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak edib.

Bu, Azərbaycanda ilk duz rafinasiya zavodudur. Zavodu duzun yodlaşdırılması yolu ilə yod çatışmazlığı xəstəliklərinin ləğv olunmasına dair proqrama uyğun olaraq «Azersun Holdinq» tikib.

Layihə Azərbaycan İnvestisiya Şirkəti ilə birgə həyata keçirilib.

«AzərTAc»ın məlumatına görə, 7 hektar ərazini əhatə edən istehsal müəssisəsinin gündəlik emal gücü 300 ton nəzərdə tutulur.

Zavodun «Azərduz» və «Bizim duz» brendi ilə istehsal etdiyi duz Azərbaycan və dünya bazarına çıxarılacaq.
XS
SM
MD
LG