Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:23

Hillari Klinton və Robert Qeyts Seuldadır


ABŞ Dövlət katibi Hillari Klinton və Müdafiə naziri Robert Qeyts Cənubi Koreyaya rəsmi səfər edib.

Səfərdə məqsəd Koreya yarımadasında yaranan gərginliklə əlaqədar Seula dəstəyini nümayiş etdirməkdir.

Belə ki, rəsmi Seul mart ayının sonlarında hərbi gəmisinin Sarı dənizdə batmasına və 46 dənizçinin ölməsinə görə Şimali Koreyanı günahlandırır. Beynəlxalq araşdırmalar da hərbi gəminin Şimaldan atəşə tutulduğunu müəyyənləşdirib.

Rəsmi Pxenyan isə gəminin batması ilə hər hansı əlaqəsinin olmasını inkar edir.

XS
SM
MD
LG