Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:27

Adam Sterlinq :«Brayzanın səfir təyin olunması yalnız Senatının səlahiyyətindədir»


Metyu Brayzanın Azərbaycana səfir təyin olunması yalnız ABŞ Senatının səlahiyyətindədir.

«APA»-nın məlumatına görə, bunu jurnalistlərlə görüşündə ABŞ-ın Azərbaycanda Müvəqqəti İşlər vəkili Adam Sterlinq deyib.

O bildirib ki, ABŞ prezidenti Barak Obama Brayzanın səfir vəzifəsinə namizədliyini irəli sürüb.

ABŞ Konstitusiyasına əsasən səfir vəzifəsinə namizədlərin təsdiq olunması Senatdan asılıdır.

Senatda Brayza ilə bağlı dinləmələr iyulun 22-də baş tutacaq.

Metyu Brayza bundan əvvəl Qarabağ münaqişəsinin həlli üçün danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri olub.

2009-cu ilin iyul ayından ABŞ-ın Azərbaycanda səfiri vəzifəsi boş idi.
XS
SM
MD
LG