Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:00

Əfqanıstanla bağlı konfransda «mühüm nailiyyət» əldə olunub


ABŞ və Britaniya liderləri Əfqanıstanla bağlı beynəlxalq konfransın nəticəsini alqışlayıb, «mühüm nailiyyət» əldə edildiyini bildiriblər.

ABŞ prezidenti Barak Obama ilə Britaniya baş naziri Devid Kameron qeyd ediblər ki, konfrans Əfqanıstan hökumətinin ölkədə təhlükəsizliyi tam təmin etməsi sahəsində ilk addımı olub.

İyulun 20-də paytaxt Kabildə keçirilən bir günlük konfransda Əfqanıstan hökuməti 2014-cü ilə qədər bütün ölkə ərazisində təhlükəsizliyə nəzarət edəcəyini planlaşdırdığını bildirib.

Əfqanıstan ordusu artıq bu ilin sonuna qədər bir sıra əraziyə nəzarət etməyi planlaşdırır.
XS
SM
MD
LG