Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:42

Tehranla razılaşma gec deyil


Britaniya və ABŞ rəsmiləri hesab edir ki, İranın mübahisəli nüvə proqramı ilə bağlı razılaşma əldə etmək gec deyil.

Tehranla danışıqlarda irəliləyiş olmayacağı təqdirdə qərb ölkələri İslam Respublikasına qarşı yeni sanksiya paketini nəzərdən keçirə bilər.

İyulun 20-də Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə birgə mətbuat konfransında Britaniyanın baş naziri Devid Kameron İranı beynəlxalq ictimaiyyətlə danışıqları təxirə salmadan bərpa etməyə çağırıb.

BMT Təhlükəsizlik Şurası iyun ayında İrana uranı zənginləşdirdiyinə görə 4-cü dəfə sanksiya tətbiq edib.

ABŞ, Britaniya və müttəfiqləri ehtiyat edir ki, İran nüvə proqramından istifadə edib nüvə silahı hazırlaya bilər, Tehran isə proqramının dinc məqsədlər üçün olduğunu deyir.
XS
SM
MD
LG