Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:48

Respublika mehmanxanası əsaslı təmirdən sonra istifadəyə verilib


İyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olublar.

Bildirilmişdir ki, yenidənqurma işlərini yerli və xarici mütəxəssislərdən ibarət inşaat briqadası həyata keçirib. Qonaqların rahatlığını təmin etmək məqsədi ilə mehmanxanada müxtəlif idman qurğuları da quraşdırılıb.

12 mərtəbəli mehmanxanada 30 nömrəlik geniş və yaraşıqlı otaqlar ən müasir standartlara cavab verir. Mehmanxanada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans salonu da yaradılıb.

Qonaqlara yüksək səviyyəli iaşə xidməti göstərmək üçün restoran və kafelər fəaliyyət göstərir.

Azərbaycan Prezidenti və xanımı görülən işlərlə yaxından tanış oldular, mehmanxananın eyvanından şəhərin panoramını seyr etdilər.

"AzərTAc"
XS
SM
MD
LG