Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:27

Beynəlxalq ictimaiyyət əfqan hökumətinə daha çox səlahiyyət verib


Kabulda Əfqanıstana dəstəklə bağlı keçirilən beynəlxalq konfransda mühüm qərarlar qəbul edilib.

Beynəlxalq ictimaiyyət yardım pullarını idarə etmək üçün Əfqanıstan hökumətinə daha çox səlahiyyət verib.

Amma eyni zamanda ölkədə təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsuliyyətin 2014-cü ildə yerli hökumətə təhvil verilməsi planı da təsdiqlənib. (DPA)

Konfransda beynəlxalq təşkilatların və xarici ölkələrin 70 nümayəndəsi iştirak edib.

Tədbirdə Əfqanıstan hökumətinin üzərinə siyasi və iqtisadi islahatları sürətləndirmək öhdəliyi də qoyulub.
XS
SM
MD
LG