Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:10

Polis Riberi və Benzemanı saxlayıb


Polis Fransa futbol ulduzları Frenk Riberi və Karim Benzemanı sorğu-sual etmək üçün saxlayıb.

Bir qız iddia edir ki, o yetkinlik yaşına çatmayan zaman Fransa futbol yığmasının bir neçə üzvü onunla cinsi əlaqədə olub.

Amma Zahia Dehar onu da bildirir ki, həmin vaxt futbolçular onun yetkinlik yaşına çatmadığını bilməyiblər.

Əgər iddia təsdiqlənərsə, Riberi və Benzema yetkinlik yaşına çatmayanla cinsi əlaqəyə görə 3 ilədək azadlıqdan məhrum edilə və 60 min dollar cərimələnə bilər.
XS
SM
MD
LG