Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:19

Eyni gündə, eyni məkanda aksiya


Müsavat, AXCP və Demokratiya Uğrunda İttifaqqa (DUİ) daxil olan partiyalar eyni gündə, eyni məkanda aksiya keçirməyi nəzərdə tutur. Aksiyanın iyulun 31-də keçirilməsi planlaşdırılır.

Bunu Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu deyib:

«Belə bir istək var, amma hələlik tam qərar yoxdur. AXCP və DUİ arasında razılaşma əldə olunarsa, birgə aksiya keçiriləcək».

M. Cavadoğlu aksiyanı şəhər mərkəzindəki park və ya meydanlardan birində keçirmək istədiklərini deyir.

Müsavat, AXCP və Demokratiya Uğrunda İttifaq sonuncu dəfə ayrı-ayrılıqda iyulun 3-də aksiya keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG