Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:50

Kəramət Böyükçöl "OK" (Hekayə)


Sual: 1. “Qara pencəy” i kim yazıb?

1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10

O. pencəyini çıxardı.

Sual: 2. Bəs “mənim adım qırmızı” nı?

Onu saniyələrlə baş-başa qoydum.

1, 2, 3, 4, 5, 6 …

Pıçıltıyla sayırdım.

Sonra birinci kurs tələbələrinin divara yazdıqları sevgi mesajlarını vərəqləyə-vərəqləyə qapıya yaxınlaşdım.

Gözlədiyimin əksinə olaraq birdən divarda çılpaq qadın kölgəsi gördüm. 8, 9 … saya-saya ona tərəf çevrildim.

Elə bil əynindən çıxardığı qırmızı köynəyi üzümə sərdi. Nə qədər çalışdım ki, təəccübümü ona hiss etdirməyim, amma aramıza çökən sükut buna mane oldu.

Elə bil ayaqlarım döşəməyə mismarlanmışdı. O. növbəti sualı gözləyirmiş kimi baxışlarını üzümə söykədi. Baxışları sifətimi yandırırdı. Beynimdə suallar cərgəylə düzüldü.

Sual: 3. “Xəyal kimi yellənir, səhərin ağ ətəyi” misrası hansı şairindi?

Hiss edirdim ki, onacan saymağa səbrim çatmır. Baxışlarımın onun uzun boğazı ilə su kimi axa-axa canına dolması məni lap heyrətə gətirmişdi. 4, 5, 6, 7 … o, qəfil, ardına belə qulaq asmadan dizdən yuxarı ətəkliyini parket döşəmənin üstünə tüpürdü.

Gözlərim onun çılpaq baldırları ilə üzü yuxarı dırmaşa-dırmaşa göbəyinə doldu. Sonra sürüşüb düşdü.

Qapının açılmaq ehtimalı ürəyimdə qorxuya çevrilmişdi, elə bil addım səsləri və qapı cırıltısı üçün darıxırdım.

“Düşündükcə, iki cavabsız sualdan sonra təkcə corabları qalacaq, canımda tüklərim oyanırdı” - deyən K.-nı dinlədikcə mən yazacağım bu hekayə üçün qeydlər götürürdüm.

- K: - Növbəti sual üçün dodaqlarım azca yuxarı dartıldı - dedi.
K. şair idi.

Sual: 4. “Öz səsim yeriyir qulaqlarıma” şeirimi oxumusan?
1, 2 …

O qədər tələsirdim ki, sayarkən 3-dən 5-ə, 5-dən 7-yə keçirdim.

O, bunun fərqində belə deyildi. Sonra arxasını mənə çevirib isti bir pıçıltıyla nəsə dedi. Mən bu onun nə dediyini anlamazdım, təkcə çevrilməyi olmasaydı əgər.

Etiraz edə bilmədim. Nəfəsim saçlarının üstüylə yeriyib qulaqlarına dolurdu. O. içini çəkdi, yumşaq bir inilti ilə başını sağ çiyninə qısdı.

Onun enerjili bədəninə baxdıqca suallar beynimi arı kimi didirdi. Növbəti sualım Peter Trunidən olacaqdı, adını çəkdim, ardını dinləmədi. Bir az aşağı əyilib sonuncu sualı da soyundu.

- OK - dedim.

O, əllərini qoşa gül kimi üst-üstə qoyub qarşımda büzüşərək dayandı.

Kirpikləri ehtirasdan biri-birindən qopmurdu. Otaqdakı sükutu təkcə ürək döyüntülərimiz - tap, tup səsləri pozurdu.

Gördüklərim onun əvvəlki davranışlarına o qədər uyuşmurdu ki, istər-istəməz düşünməyə bilmirdim - dedi K. - axı O. əlaçı idi, ədəbiyyatı, xüsusən də dünya ədəbiyyatını çox sevirdi.

Tez-tez məndən bu mövzuda kitablar alırdı. Bəlkə əvvəl zarafatyana məni qıcıqlandırmaq üçün atdı ortaya bu sual təklifini, sonra isə ciddi olduğumu görüb fikrindən daşınmağa qorxub?

Əgər doğurdan da bu məqsədlə məni universitetin 318-ci otağına çağırıbsa, bəs nə bilirdi mən onun qarşısına belə ağılagəlməz şərt qoyacam?

O. əlacsız halda başını çiynimə söykədi, əlləri ovcumun içində balıq kimi çırpınırdı, aramızda heç bir sərhəd yox idi. Mən onun bədən tempuraturunu hiss edirdim.

- Əlbəttə, nə etməli olduğumu anlayırdım, - dedi K. - amma nədənsə ona nəvaziş göstərməyi özümə qadağa qoydum. O. gecələr internetdə şəkillərinə baxdığım bahalı fahişələr qədər möhtəşəm idi.

Mən çətin də olsa o möhtəşəmliyin qarşısında sakit qala bilmək məharətimi sonacan qorudum.

Hiss eləyirdim ki, get-gedə yerə yıxılmış paltarları kimi o da müvazinətini itirir.

Blaknotu pencəyinin cibindən sürüşüb yerə yıxılmışdı, qəbirstanlığa oxşayırdı, içi cərgəylə basdırılmış kişi nömrələri ilə dolu idi.

Barmağımı amansızcasına dəfn olunmuş nömrəmin üstünə baş daşı kimi qoydum, içindəkilər təxminən belə idi:

(055) 890-15-92 Caniko
(050) 504-07-40 Hammer
(050) 669-83-58 Apo
(070) 285-08-05 Səməd müəllim
(050) 667-14-85 Aytənin nişanlısı
(070) 327-42-56 Aşkım
(055) 745-50-71 K.

K. nömrəmin üstündə ölüm tarixim yox idi. - dedi, - O. səhəri gün dəhlizdə qarşıma çıxanda üzündə hansısa peşmançılıq hissi və ya dünənki hadisəylə bağlı heç bir ifadə görmədim.

Həmin an bəlkə bütün bunları yuxuda görmüşəm - deyə özümdən şübhələndim. Əgər bu yuxu deyildisə bəs niyə mənə yaxınlaşmır, onu otaqda tək qoyub çıxmağım haqqında niyə bir söz demir?

Fikri ürəyimi deşirdi.

Zəng çalındı. Həmin gün dünya ədəbiyyatı dərsi idi. O. ilə eyni partada oturduq, dərsi pozmamaq üçün ondan soruşmaq istədiklərimi kağıza yazıb ötürürdüm.

- “Çevrilmə” ni oxumusan?

- Hə, mən həmişə dərslərə hazır oluram.

- Sən əlaçısan axı… (rişğəndlə)

- Şübhən var?

- Yox, amma Peter Trunini, Orxan Pamuku, Əli Kərimi də oxu.

- K. mən onları əzbər bilirəm.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG