Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:23
Suriyada tələbə və müəllimlərə niqab - üzü də örtən uzun islami qadın geyimi- qadağan edilib. Niqab üzü örtən tam örtükdür, ancaq gözlər görünür.

Bu qadağa Suriyanın avtoritar rejimi ilə Avropanın demokratik ölkələrini bir məsələdə ortaq məxrəcə gətirir. Onlar niqabı sabitliyə potensial təhlükə hesab edirlər. Hökumət rəsmisi deyib ki, «biz bütün universitetlərə göstəriş vermişik ki, niqablı qadınları içəri buraxmasınlar». Qadağa həm dövlət, həm də özəl universitetlərə aiddir.

Qadağa haqqında qərarı iyulun 18-i Təhsil Nazirliyi verib. Ötən ay isə niqab taxan dövlət ali məktəblərinin müəllimləri başqa inzibati işlərə keçiriliblər.

Bu qadağa Suriyada geniş yayılmış hicaba və çadraya və aid deyil. Niqab Suriyadan başqa digər dünyəvi ərəb ölkələrində - Misir, İordaniya və Livanda da geniş yayılıb. İordaniya hökuməti insanları bu geyimdə uzaqlaşdırmağa çalışır. Bu geyimdən soyğunçuların, quldurların özlərini gizlətmək üçün istifadə etdiyi haqqında xəbərlər yayılır.

DÜNYƏVİ VƏ AVTORİTAR REJİMİ ÜÇÜN TƏHLÜKƏ

Ötən həftə Fransa parlamentinin Aşağı Palatası niqabı və qadının gözlərini də örtən burqanı yekdilliklə qadağan edən qanun qəbul edib
Suriya hökuməti ölkədə aşkar şəkildə dindarlığın artmasını özünün dünyəvi və avtoritar rejimi üçün təhlükə sayır. Dünyəvi rejim tərəfdarlarının mövqeləri isə cəmiyyətdə getdikcə zəifləyir. Digər tərəfdən isə islamda sərt xətt tərəfdarı olan sələfilər islamçılara daha mühafizəkar olmaları üçün təzyiq göstərirlər. Bu isə təkcə Suriya daxilində deyil, islamda cərəyanlararası mübarizənin tərkib hissədir.

Türkiyədə də universitetlərdə baş örtüyü qadağa edilib. Çoxları deyir ki, orta məktəblərə baş örtüyü gətirmək cəhdləri Türkiyənin dünyəviliyini təhlükə altında qoyur. Bu məsələlər Avropada da geniş müzakirə olunur. Fransa, İspaniya, Belçika və Hollandiya qadını alçaltdığını əsas gətirərək niqabı qadağan etməyə çalışır.

Ötən həftə Fransa parlamentinin Aşağı Palatası niqabı və qadının gözlərini də örtən burqanı yekdilliklə qadağan edən qanun qəbul edib. Məqsəd Fransanın dəyərlərini qorumaqdır. Parlamentin bu addımı ölkənin böyük müsəlman icmasının hiddətinə səbəb olub. Sentyabrda qanun layihəsini parlamentin Yuxarı Palatası da təsdiq etməlidir.

/«Guardian»dan Kəbiran Dilavərli tərcümə etdi/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG