Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 22:43

Namiq Həsənov: «Gəlin, ənənəni pozmayaq»


Namiq Həsənov
Namiq Həsənov
«Mən demirəm ki, bizdən qəşəng qızıl gül yoxdur».

AzadlıqRadiosunun «İşdən sonra» proqramında qonaq olan Nəqliyyat Nazirliyi katibliyinin rəhbəri Namiq Həsənov işlədiyi qurumun işinə qiymət verərkən belə deyib. Canlı efirdə sualları cavablandıran Həsənov deyib ki, çatışmazlıqlar var və bunun bütün günahını nazirlikdə axtarmaq lazım deyil:

«Tıxac yaranıbsa onun günahını Nəqliyyat Nazirliyində axtarmaq lazım deyil. Mən də razıyam ki, hansısa müfəttiş yolda kimi isə saxlayır, kimdənsə pul da alır, rüşvət də. Mən demirəm ki, elə biz bağda oturmuşuq bizdən də qəşəng qızıl gül yoxdur. Söhbət ondan getmir. Biz də istəyirik vəziyyət düzəlsin. Mənim danışdıqlarım reallıq deyil, arzudur».

Canlı efirdə nazirliyin gördüyü işlər və gələcək palanlar barədə məlumat verən rəsmi insanların ən çox şikayət etdiyi bir məsələyə – yollara təkrar-təkrar asfalt döşənməsi haqda tənqidlərə «Planeta parni iz Bakı» şən və hazırcavablar klubunun diliylə cavab verib:

«Gəlin, bu ənənəni pozmayaq».

İctimai nəqliyyatda çatışmazlıqların olmasını etiraf edən rəsmi bunu həm də cəmiyyətin səviyyəsinin aşağı olması ilə izah edib.

Şəhərdaxili avtobuslarda kondisionerlər niyə işləmir?

Avtovağzalda qiymətlər niyə artırılır?

İritutumlu avtobuslarda əlavə otrucaqlar quraşdıranlar niyə cəzalandırlımır?

Rayonlara işləyən avtobuslar yenilənəcəkmi?

Bakıda tramvaylar bərpa olunacaqmı?

Şəhərin hansı yerlərində yeni körpülər tikiləcək?

Pullu körpülər harada olacaq?

İntellektual nəqliyyat sisteminin fəaliyyətinə nə vaxt başlanacaq?

Bütün bunlar haqqında Namiq Həsənovun dediklərindən xəbərdar olmaq istəsəz verilişi dinləyə bilərsiz.



/ Hazırladı Kamran Mahmudov /
XS
SM
MD
LG