Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:00

Radikal dini qruplaşma üzvlərinin məhkəməsi başlanıb


Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə 5 nəfərin - Şimali Qafqazdan olan Ramzan Terşiyev, Suhrab Merjuyev, Hasan Xaldıxaroyev, Türkiyə vətəndaşı İlhan Taşbey və Azərbaycan vətəndaşı Ramiz Mirzəyevin məhkəməsi başlanıb. Onlar

mütəşəkkil cinayətkar qrupun yaradılmasında və sərhəddi qanunsuz keçməkdə ittiham olunurlar.


İstintaq materiallarında göstərilir ki, ittiham olunanlarr ötən ilin iyulunda qanunsuz olaraq Rusiya tərəfdən Azərbaycan sərhəddini keçiblər. Onları saxlamaq istəyən azərbaycanlı sərhədçilərə atəş açıblar. Qrupun bir üzvü öldürülüb, digəri yaralanıb, qalanlası isə bir neçə gündən sonra saxlanılıb.

İstintaq materiallarında o da göstərilir ki, sərhəd pozucuları radikal dini qruplaşmanın üzvləridir və Azərbaycan ərazisilə Gürcüstanın Pankisi dərəsinə getmək istəyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG