Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:53

Detektiv yazarı Çingiz Abdullayevin ssenarisi əsasında çəkilən “Tərsinə çevrilmiş dünya” filminin çəkiliş prosesi başa çatıb. (“Trend”)

Artıq montaj mərhələsi başlayıb. Film dövlət sifarişi ilə çəkilir və ilin sonunda tamaşaçılara təqdim ediləcək.

“Televiziyada polis və yol polisi əməkdaşlarının yalnız rüşvətxor və yaramaz kimi təqdim edilməsindən boğaza yığılmışdım.

Hesab edirəm ki, bu belə deyil və onların adi iş günlərinin öz ssenarimdə əks olunmasına çalışmışam” – deyə yazıçı “Trend”ə bildirib.

Agentlik xəbər verir ki, yazıçı öz ssenarisində qəhrəman polis obrazı yaratmağa çalışıb. Məsələn, Mikele Plaçidonun yaratdığı polis obrazı kimi.

“Tərsinə çevrilmiş dünya”nın qəhrəmanı olan polis əməkdaşı narkomafiya sıralarına “desant kimi” atılıb.

Filmin rejissoru Ənvər Əbluçdur. Baş rollarda iranlı aktyor Məhəmməd Firutan, azərbaycanlı aktyorlar Fuad Poladov, Rasim Balayev çəkiliblər.

Bu, Ç.Abdullayevin ssenarisi əsasında çəkilən 9-cu filmdir.

Həmçinin oxu
Çingiz Abdullayev gənc yazarla birgə roman yazacaq

Şərhləri göstər

XS
SM
MD
LG