Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:47

Müsavatçı fəal polisə çağırılıb


Müsavat partiyası Gənclər təşkilatının sədr müavini Səxavət Soltanlı iyulun 19-da Qobustan qəsəbəsindəki 11-ci polis bölməsinə çağırılıb.

Səxavət Soltanlının AzadlıqRadiosuna verdiyi məlumata görə, o, müxalifət partiyalarının şəhərin mərkəzində keçirdiyi aksiyalarda iştirakla bağlı sorğu-suala tutulub. Ona müxalifət partiyalarının keçirdiyi icazəsiz aksiyalarda iştirakın qanunsuz olduğunu bildiriblər.

«Amma mən mitinqlərin heç birinin qanunsuz olmadığını bildirdim və növbəti mitinqlərdə də iştirak edəcəyimi dedim».

Səxavət Soltanlı deyir ki, onu polis bölməsində təəccübləndirən bir məqam da olub.

«Belə ki, Bakı Şəhər Baş Polis İdarəsindən mənim adıma göndərilən məktubda qeyd olunmuşdu ki, mən Yeni Müsavat partiyası ilə Demokratiya Uğrunda İttifaqa daxil olan partiyaların icazəsiz keçirdiyi aksiyalarda iştirak etmişəm. Mən onlara dedim ki, Yeni Müsavat partiyası yoxdur, bildirdilər ki, ola bilər «Yeni Müsavat» qəzetilə səhv salınıb».

Bir müddət əvvəl də Müsavat və AXCP Gənclər təşkilatlarının bir neçə üzvü də AzadlıqRadiosuna müraciətlərində onlara da mitinqlərdən qabaq və sonra xəbərdarlıq edildiyini bildirmişdilər. Daxili İşlər Nazirliyi isə belə xəbərdarlıqların olması barədə məlumatları təkzib etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG