Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:28

Amerikalılar Azərbaycanda biolaboratoriya tikilməsinə kömək edirlər


Hazırda Azərbaycanda bioloji təhlükəsizlik üzrə “Level-3” laboratoriyası tikilir, bu barədə "Turan"ın müxbiri ilə söhbətində Amerika Senatoru Riçard Luqarın ofisinin nümayəndəsi bildirib.

Mənbənin məlumatına görə, laboratoriyada Sibir xorası və digər təhlükəli xəstəliklər tədqiq olunacaq. Senatorlar Nann və Luqarın əməkdaşlıq proqramı çərçivəsində Ukrayna, Qazaxstan, Gürcüstan və Azərbaycanda da belə laboratoriyalar tikilir və ya tikiləcək.

Bu proqramın tərəfdaşı olan ölkələr öz əhalisini müxtəlif kütləvi qırğın növləri təhlükəsindən müdafiə edə və ağır xəstəliklərin yayılmasının qarşısını ala bilərlər.

Mənbə laboratoriyanın məhz harada tikildiyini və nə ilə məşğul olacağını dəqiqləşdirməyib. Öz növbəsində, Azərbaycanda hərbi mənbələr bu məlumatı şərh etmir.

Bir müddət əvvəl senator Luqar keçmiş SSRİ ölkələrində vaxtı keçmiş raket yanacağının (melanj) və ekologiya üçün təhlükə yaradan digər hərbi tullantıların yığılması və zərərsizləşdirilməsi üzrə layihə təşəbbüsü irəli sürmüşdü. Azərbaycanda da xeyli miqdarda belə yanacaq yığılmışdı.
XS
SM
MD
LG