Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:35

Suriya universitetlərində niqaba qadağa qoyulub


Suriyada universitetlərdə niqab – üzü də örtən uzun İslami qadın geyimi qadağan edilib.

Bununla bağlı yeni qanun qəbul edilib.

Suriyanın təhsil nazirliyinin təmsilçisi deyib ki, bu, ölkənin dünyəvi mahiyyətini müdafiə etmək üçündür.

Qadağa həm dövlət, həm də özəl ali məktəblərin tələbələrinə aiddir.

Keçən ay Suriya hökuməti niqab geyən yüzlərlə orta məktəb müəllimini dərslərdən kənarlaşdırıb – onları inzibati vəzifələrə keçirib.

Bu günlərdə Fransa parlamentinin aşağı palatası da ictimai yerlərdə - üzü örtən başqa bir İslami geyim - burqanı qadağan edən qanun layihəsini təsdiqləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG