Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:39

Ey Həsən Bəy!.. Heç olmaz ki, doğru söz yerdə qalsın! (3-cü yazı)


Həsən bəy Zərdabi xanımı ilə

(«AVROPALI GƏLİN» RADİODASTANINA SÖZARDI)


Hər il iyul ayının istilərini hiss edincə, doğulduğum ötən əsrə deyil, heç bir gününü də yaşamadığım XIX əsrə doğru qanadlanıb uçuram. Sanki 1875-ci ilin isti yayının əzablarını, üzüntüsünü, çətinliyini o Böyük Müəllimlə birgə yaşayıram.

İnanın, iyulun hər gününü, elə bil, onun ağrılarını hiss edərək keçirirəm. Yayı heç sevməsəm də, həmişə o günü -- Zərdabi Gününü səbirsizliklə gözləyirəm. Özümə çəki-düzən verirəm, təzə paltar alıram, uşaq kimi bir neçə gün öncədən günləri saymağa başlayıram. Yaxınlarım da, elə bil, bunu hiss edib soruşurlar: Bayramınızı harada qeyd edəcəksiniz? Bu sual mənə ləzzət eləyir. Qürurlandırır. Qəhərləndirir...

Ey Həsən bəy! Ey Böyük Müəllim! Nə yaxşı ki, 135 il öncə Bakıda sən də başqaları kimi, qazanc, var-dövlət, dəbdəbə dalınca qaşmadın.

Ey Həsən bəy! Ey Böyük Müəllim! Əgər elə olsaydı, bizim halımız necə olardı?

Əgər sən də başqaları kimi Tarixdən kənar yaşamağı qəbul etsəydin, biz neylərdik?

Tutaq ki, Sən də Qutenberqin 1450-ci ildə çap maşınını ixtira etməsinə biganə qalaydın, axırımız necə olardı?

Ya 1566-cı ildə Venesiyada qazetta adı ilə (xırda pula) satılan müasir qəzetin əcdadı barədə, əllə yazılmış xəbər vərəqlərindən heç nə eşitməyəydin, onunla maraqlanmayaydın, biz nə yapardıq?

911-ci ildə Çində çıxan «Kinq pau» qəzetini, 1609-cu ildə Strasburqda çıxan həftəlik qəzeti, 1615-ci ildə Yaponiyada «Karvabaran» adlanan xəbər bülletenlərini, 1618-ci ildə Amsterdamda çıxan ilk qəzeti, 1650-ci ildə Leypsiqdə çıxan ilk həftəlik qəzeti və irəliləyən əsrlərdə bütün dünyanı bürüyən qəzet bumunun gərdişini hamı kimi sakitcə seyr etsəydin, biz indi neylərdik?

Ey Həsən Bəy! Ey Böyük Müəllim!
Elə bir iş yapdın ki, əsrlərcə xatırlanacaqsan!

Həmişə sevgi, iftixar, qürur yeri olacaqsan!

Gələn nəsillər gələn əsrlərdə hər il 22 iyulu Zərdabi Günü, Mətbuat Bayramı, ilk qəzetin çıxdığı gün kimi qeyd edəcəklər.

Gələn əsrlərdə gələcək jurnalistlər səndən həmişə yazacaqlar.

Sənin «heç olmaz ki, doğru söz yerdə qalsın» ifadəni daim təkrar edəcəklər.

O yazılar bəlkə də, bizimkilər kimi nisgilli, əzablı, ürəkgöynədən olmayacaq. Əlahəzrət zaman hər şeyə bir soyuqluq səpir, axı....

Amma eyb etməz, əsas odur ki, sən həmişə gələcək əsrlərdə yaşayan jurnalistlərin də müasiri olacaqsan. Axı, biz də Səninlə aramızı kəsən əsrləri, illəri hiss etmirik. Sən həmişə bizimləsən, bizim müasirimizsən!

Ey Həsən Bəy! Ey Böyük Müəllim!
Bu radiodastanı da bizdən kiçicik bir xatirə kimi qəbul et!

Qoy bu, XXI əsrdə yaşayan Azərbaycan jurnalistlərinin sənə ərməğanı olsun.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG