Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:46

Bakıda dondurma şirkətinin rəhbərini tutublar


“Azərbaycanda həbs edilən “AER” şirkətinin rəhbərinin digər cinayət əməllərinin üstü açılıb”.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirildiyinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış istintaqla müəyyən edilib ki, Azər Şükürov “AER” firmasının icraçı direktoru vəzifəsində işləyərkən dondurma məhsullarının normativ-texniki sənədlərə əsasən maksimal saxlanma müddətin 1-2 ay olduğu halda istintaqa məlum olmayan bir qrup şəxslə cinayət əlaqəsinə girərək satışa hazır 17 çeşiddə ümumi çəkisi 19 ton 318 kiloqram olan dondurmaların etiketlərində, habelə ümumi çəkisi 5 ton 607 kiloqram olan bükmə materiallarında saxlama müddətlərinin normativ sənədlərdə nəzərdə tutulan müddətlərdən artıq, yəni 6-12 ay göstərilməsini təşkil edib.

İstintaqla həmçinin müəyyənləşib ki, İqtisadi İnkişaf Nazirliyinin yanında Antiinhisar Siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti tərəfindən “AER” firmasında 10-29 iyun 2010-cu il tarixlərdə yoxlama aparıldığı zaman həmin firmanın istehsal etdiyi 12 çeşiddə dondurmalarda yağın və quru maddələrin ümumi kütlə payının normadan az, mikroorqanizmlərin sayının isə normadan çox və tərkibində bağırsaq çöpləri qrupundan bakteriyaların olduğu aşkar edilərək qeyd olunan məhsullardan istifadənin təxirə salınmadan dayandırılması, dondurma istehsalının mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, həmin məhsulların Dövlət Xidmətinin əməkdaşlarının nəzarəti altında məhv edilməsi və bu dondurmaların ticarət şəbəkələrindən geri yığılması barədə “AER” firmasına müvafiq göstərişlərin verilməsinə baxmayaraq, buna əməl edilməyib.

Şirkət keyfiyyətsiz və insan orqanizmi üçün təhlükəli olan qida məhsullarının istehsalını və satışı davam etdirilərək malların istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçıları aldadaraq, külli miqdarda ziyan vurmaqla istehlakçı olan fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə istehlak bazarını tənzimləyən dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG