Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:11

İranlı casus hara işləyirmiş?


Şahram Əmiri
Şahram Əmiri
Şahram Əmiri ətrafında yaranmış qəribə vəziyyət ABŞ-ın kəşfiyyat orqanlarını tamam çaş-baş salıb. ABŞ kəşfiyyatının keçmiş agentləri belə təxmin edirlər ki, Əmiri ya İranda həbsxanada yoxa çıxacaq, ya da öldürüləcək.

Əmirinin İrana qayıdaraq orada ABŞ və Səudiyyə Ərəbistanı agentləri tərəfindən qaçırıldığı, ABŞ-da işgəncəyə məruz qaldığı barədə dedikləri belə şübhə yaradır ki, o, ikili agent olub. Uzun müddət həm də kəşfiyyat orqanlarında işləyib.

ÇOXLU SUALLAR

Çoxlu suallar ortaya çıxır – nə üçün İran belə həssas işlə məşğul olan alimin Səudiyyə Ərəbistanına tək getməsinə icazə verib? Əgər Əmiri ABŞ-a birdəfəlik köçmək istəyirdisə, niyə ailəsini də özü ilə aparmamışdı?

Əmiri 2007-ci il Milli Kəşfiyyat Dəyərləndirilməsi adlı hesabat hazırlanarkən ABŞ üçün əsas informasiya mənbələrindən biri olub. Həmin dəyərləndirmədə İranın nüvə silahı istehsal etmək imkanları zəif qiymətləndirilirdi. Lakin indi Əmirinin belə şübhəli hərəkətlərindən sonra həmin dəyərləndirməyə Vaşinqtonda hamı şübhə ilə yanaşır.

ABŞ Kəşfiyyatı dəyərləndirməsini yenidən hazırlamağa başlayıb. Yeni dəyərləndirmədə İranın atom bombası hazırlamaq imkanlarının daha real olduğu bildiriləcək.

HƏQİQİ SATQIN

Şahram Əmiri Tehran aeroportunda - 15 iyul 2010
Bütün bunlara baxmayaraq, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi inanır ki, Əmiri həqiqi satqın olub. O, Tehran Universitetinin İranın atom proqramının gizli qərargahı olması haqqında informasiya açıqlayıb.

İranın nüvə proqramı sahəsində işləmiş sabiq agent Art Keller deyir ki, Mərkəzi Kəşfiyyat İdarəsi Əmirini ciddi yoxlayıb onun həqiqətən satqın olduğuna əmin olmasaydı, ona 5 milyon dollar mükafat verməyə razı olmazdı. Mərkəzi Kəşfiyyat İdarəsinin başqa bir sabiq əməliyyat müvəkkili isə deyir ki, idarə Əmirinin həm də ikili agent olmasını da araşdırıb. Onun müəmmalı hərəkətləri yalnız bununla –ikili agent olması ilə izah oluna bilərdi.

Hətta Əmiri ikili agent olmasa belə, böyük ehtimalla İranın xüsusi xidmət orqanlarına ABŞ-ın İranın nüvə proqramları haqqında hansı məlumatlara malik olduğunu açıqlayıb. Bu isə Tehranla Qərb arasında gedən siçan-pişik oyunu üçün çox mühüm əhəmiyyətə malikdir.

GÖRÜNMƏMİŞ SƏXAVƏT

Əmirinin İrana qayıdışı ərəfəsində ABŞ rəsmiləri əvvəllər görünməmiş səxavətlə alimin onlarla əməkdaşlıq etdiyi haqqında məlumatlar yayıb. Hətta belə məlumat da açıqlandı ki, bu informasiyalar üçün ona 5 milyon dollar ayrılıb. Doğrudur, İrana qarşı olan sanksiyalara görə Əmiri ABŞ-dan bu pulu ala bilməyəcək.

ABŞ rəsmləri onu da deyiblər ki, Əmiri uzun müddət İranın daxilindən də Amerikaya məlumatlar ötürübmüş.

/«Sunday Telegraph»dan tərgümə etdi Kəbiran Dilavərli/
XS
SM
MD
LG