Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:09

Siqaretlə mübarizəsinə görə Ərdoğana mükafat verdilər


“Türkiyədə 1 il əvvəl restoran, bar və qəhvəxanalarda siqaret çəkilməsinə qadağa qoyulandan bəri qəhvəxana sahiblərinin 2,5 faizi, onların müştərilərinin isə 3,5 faizi siqareti atıb”.

Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Baş nazirin dediyinə görə, indi artıq qəhvəxana sahiblərinin 33, onların müştərilərinin isə 25 faizi daha az siqaret çəkirlər.

Bazar ertəsi Dünya Səhiyyə Təşkilatı qadağa və onun nəticələri ilə bağlı Ərdoğana xüsusi mükafat verib.

Türkiyə ən çox siqaret çəkilən ölkələrdəndir. Əhalinin 22 faizi siqaret çəkir. (Təxminən 16 milyon nəfər)
XS
SM
MD
LG