Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:30

Nazir: «Münaqişənin həllində gec-tez iqtisadiyyat öz sözünü deyəcək»


«Dağlıq Qarabağ münaqişəsinin həllində gec-tez iqtisadiyyat öz sözünü deyəcək».

Bunu iyulun 19-da XİN-də keçirilən birifinqdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı suallarına cavab verəRkən deyib.

Ermənistanla müqayisədə Azərbaycanın xeyli inkişaf etdiyini deyən nazir hesab edir ki, sadəcə bunun bir qədər geci-tezi var və bu baxımdan da Azərbaycan bir qədər səbr eləməlidir:

«Tarix boyu bütün münaqişələr həll olunarkən iqtisadiyyat həmişə onun bazası olub. Ona görə gərək biz bir az səbr edək və bu mövqeyimizi Ermənistana da çatdıraq ki, bu Ermənistanın da milli maraqlarına uyğundur. Çünki bu imkan verəcək ki, Ermənistan da bir qədər inkişaf eləsin».

Elmar Məmmədyarova görə, Ermənistanın nə deməsindən asılı olmayaraq, Dağlıq Qarabağın müstəqilliyi danışıqlar mövzusu ola bilməz:

«Biz öz tərəfimizdən deyirik, istəyirsiz bütün sərhədləri açaq, ticarət əlaqələri quraq, iqtisadi layihələr həyata keçirək, amma ilk növbədə Ermənistan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır. Bu zaman məsələ tam şəkildə dəyişəcək».

Elmar Məmmədyarova görə, Azərbaycanın bu mövqeyinə baxmayaraq, Almatı görüşündən sonra ölkənin Xarici İşlər Nazirliyi səviyyəsində Ermənistanın buna hazır olmadığı bildirilir.
XS
SM
MD
LG