Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:16

İraq ermənilərinin işğal olunmuş ərazilərdə məskunlaşması düz çıxmadı


Azərbaycanın Suriya Ərəb Respublikasındakı səfirliyi İraqın Suriyadakı səfirliyinə sorğu göndərib. Sorğuya səbəb son vaxtlar kütləvi informasiya vasitələrində Suriyada yaşayan İraq ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşması ilə bağlı yayılan məlumatlar olub.

İraqın Dəməşqdəki səfirliyindən daxil olmuş sənəddə bildirilir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Suriyadakı nümayəndəliyinin Suriyada məskunlaşmış qaçqınların vəziyyətinə dair 2010-cu ilin aprel ayı üzrə hesabatına əsasən, 2010-cu ilin 31 mart tarixinə qədər nümayəndəlikdə qeydiyyatda keçmiş erməni əsilli İraq qaçqınlarının sayı 1223 nəfərdir.

Məktubda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəliyi Suriyada məskunlaşmış İraq vətəndaşlarının Qərbi və Mərkəzi Avropa, Şimali Amerika dövlətlərində yerləşdirildiyin bildirib.

Hesabatda İraq qaçqınlarının Ermənistan və Azərbaycan ərazilərində yerləşdirilməsi ilə bağlı heç bir əməliyyat həyata keçirilmədiyi göstərilib.

Xəbəri Azərbaycanın Xarici İşlər Nazirliyi yayıb.

XS
SM
MD
LG