Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:53

Tanınmış rus şairi öz ad gününə muzey açıb


Yevtuşenko Kolumbiyada 20-ci Beynəlxalq Poeziya Festivalının açılışında. 8 iyul 2010

Yevtuşenko Kolumbiyada 20-ci Beynəlxalq Poeziya Festivalının açılışında. 8 iyul 2010

Tanınmış rus şairi Yevgeni Yevtuşenko öz ad günü münasibətilə Moskva yaxınlığında – Peredelkinoda muzey-qalereya açıb.

Dövlətə vəsiyyət olunacaq qalereyada 100-dən artıq rəsm əsəri sərgilənəcək.

Həmin rəsmləri ona Mark Şaqal, Maks Ernst, Oleq Tselikov kimi tanınmış rəssamlar bağışlayıb.

Rəsmlər arasında dünya şöhrətli Pablo Pikassonun da əsəri var.

Pikasso həmin rəsmini şairə avtoqrafla bağışlayıb.

Muzeyin ikinci mərtəbəsindəki zal Yevtuşenkonun yaradıcılığına həsr olunub - şairin arxivi də burada yerləşir.

İyulun 18-də Yevtuşenkonun 78 yaşı tamam olub.

Radio Svoboda

Günün bütün mövzuları

XS
SM
MD
LG