Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:03
Azərbaycan xoşbəxt ölkələr sırasında 103-cüdür. Xoşbəxtlərin siyasını ABŞ-ın sosioloji araşdırmalarla məşğul olan «Gallup» mərkəzi hazırlayıb. Mərkəz bu işin öhdəsindən gəlmək üçün 2005-2009-cu illər ərzində 155 ölkədən olan minlərlə insanı sorğu-sual edib.

Vətəndaşlardan əsasən özlərini gündəlik həyatda nə qədər xoşbəxt hiss etdikləri soruşulub.

Əvvəlcə respondentlərdən onların həyatlarını tam təmin etmək üçün lazım olan şeyləri soruşublar və cavablardan istifadə edərək 1-dən 10-a kimi «həyat qiymətləndirməsi» cədvəli tərtib ediblər. Daha sonrakı sual insanların lazım hesab etdikləri həmin şeyləri gündəlik həyatlarında nə dərəcədə hiss etdikləri ilə bağlı olub. Bu cavablar əsasında isə tədqiqatçılar insanların «gündəlik təəssüratlarını» müəyyənləşdiriblər. Məsələn, yaxşı istirahət ediblərmi, ağrısız olublarmı, intellektual məşğuliyyətləri olubmu və s.

DÜNYANIN ƏN XOŞBƏXTİ DANİMARKADIR

Bütün bu suallar əsasında müəyyən olunub ki, dünyanın xoşbəxtləri Skandinaviya ölkələridir. Birinci yerdə Danimarka, 2-ci yerdə Finlandiya, 3-cü yerdə isə Norveç gəlir.

Hətta bu yaxınlarda futbol üzrə Dünya Kubokunu qazana bilməmələri də hollandlarda ruh düşgünlüyü yaratmayıb. Onlar da dünyanın ən xoşbəxtləri sırasındadırlar, siyahıda 5-cidirlər.

Kubokun sahibi İspaniya isə vətəndaşlarını qürurlandırsa da…
Kubokun sahibi İspaniya isə vətəndaşlarını qürurlandırsa da, deyəsən qalibiyyət hissi onlara tanış olmayan bir hissdir. Çünki bu ölkənin vətəndaşları özlərini xoşbəxt hiss etmək baxımından 43-cüdür, siyahıda olan 21 Avropa ölkəsi arasında isə 17-cidir.

XOŞBƏXTLİYİ PULLA ALMAQ MÜMKÜNDÜR


«Skandinaviya ölkələri həqiqətən də, buna müvvəfəq olublar» - «Gallup» mərkəzinin baş alimi, tədqiqatda iştirak etmiş Cim Harter belə deyir:

«Bütün məlumatlara nəzər salanda bu ölkələrin digərlərinə nisbətən yüksək göstəriciyə malik olmasının bir səbəbi də gəlirlə rifah arasındakı əlaqədir».

«Gallup» tədqiqatçıları çoxlarının uzun müddətdir şübhələndiyi bir məsələnin sübutunu tapıblar: pulla xoşbəxtlik almaq mümkündür - ən azından xoşbəxtliyin müəyyən növünü. Araşdırma zamanı tədqiqatçılar böyük həcmdə daxili məhsulu olan ölkələrin vətəndaşlarının rifah yüksəkliyinə nail olmalarının səbəblərini öyrəniblər və nəticədə həyat məmnunluğu ilə gəlir arasında assosasiyanın olduğunu üzə çıxarıblar.

«Pul əksər insanların arzuladığı bir şeydir və bu arzu ayıq saatlarının əksər vaxtında onları təqib edir», – hesabatda belə yazılır.

Həqiqətən də Mərkəzi Kəşfiyyat Agentliyinin məlumatına görə, dünyanın ən xoşbəxti - Danimarkada 2009-cu ildə adambaşına düşən ümumi daxili məhsul 36 min Amerika dollarına bərabər olub. Bu göstəriciyə görə o, Mərkəzi Kəşfiyyat Agentliyinin siyahısında olan 227 ölkənin 196-dan irəlidədir.

Amma xoşbəxtlik var-dövlətdən geniş anlayışdır. «Gallup» gəlirlə xoşbəxtlik arasında əlaqənin olduğunu göstərsə də, o da qeyd olunur ki, əmin-amanlığın bir növü də insanın gələcəklə bağlı uğur və perspektiv hissləridir.

AZƏRBAYCAN ERMƏNİSTAN VƏ GÜRCÜSTANDAN ÖNDƏDİR


Qafqaz ölkələri arasında isə azərbaycanlılar daha çox öz yaşayışlarından razılıq ediblər
Qafqaz ölkələri arasında isə azərbaycanlılar daha çox öz yaşayışlarından razılıq ediblər. «Gallup»ın xoşbəxtlik siyahısında isə Azərbaycan Ermənistan və Gürcüstanı geridə qoyub. Ermənistan 155 ölkə arasında 110-cu, Gürcüstan isə 115-cidir.

Bu siyahıda Rusiya 73-cü, Türkiyə Azərbaycanla eyni – 103-cü sırada göstərilir.

Siyahının son üçlüyündə isə Afrika ölkələri yer alıb. Dünyanən xoşbəxtləri sırasında ən sonuncu yerdə Toqo yer alıb.

/Tərcümə etdi: Ülkər Akifqızı/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG