Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:50

İran parlamenti uranın 20 faizədək zənginləşdirilməsi barədə layihə qəbul edib


İran parlamenti bu gün uranın 20 faizədək zənginləşdirilməsi barədə qanun layihəsi qəbul edib.

İndi layihəni ölkənin ali qanunverici orqanı olan İnqilab Şurası təsdiqləməlidir.

Sənəddə deyilir ki, İran ona tətbiq edilmiş beynəlxalq sanksiyalara qarşı tədbirlər görməlidir.

İran uran zənginləşdirilməsi üzərində işi dayandırmaqdan imtina etdiyinə görə, BMT-nin təhlükəsizlik şurası iyunun 9-da ona qarşı yeni sanksiya tətbiq elədi ki, bu artıq sayca 4-cüdür.

Beynəlxalq aləm ehtiyat edir ki, İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər.

Tehran ittihamı rədd edir, nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG