Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:05

H.Klinton Pakistandadır


ABŞ dövlət katibi Hillari Klinton Cənubi Asiya ölkələrinə səfəri çərçivəsində Pakistana gedib.

Danışıqlar zamanı əsasən artıq 9 ildir ki, davam edən Əfqanıstan müharibəsi müzakirə olunacaq.

Hillari Klinton danışıqlarda xüsusilə terrorçuluqla mübarizədə Pakistanla Əfqanıstan arasında əməkdaşlığın vacibliyini qeyd eləmək fikrindədir.

Dövlət katibi həmçinin ölkəsinin İslamabada iqtisadi yardımı artırdığını bəyan edəcək.

O bu gün axşam baş nazir Yusif Rza Gilani və prezident Əsif Əli Zərdariylə görüşməlidir.

Bazar ertəsi isə dövlət katibinin siyasi xadimlər, hərbçilər və iş adamlarıyla görüşləri nəzərdə tutulub.

Hillari Klinton Əfqanıstanla bağlı beynəlxalq konfransa qatılmaq üçün çərşənbə axşamı Kabilə yollanacaq.
XS
SM
MD
LG