Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:36

Bağdadda ölənlərin sayı 43-ə çatıb


Bağdada törədilmiş partlayışda ölənlərin sayı 43-ə çatıb.

40-a yaxın adam isə yaralanıb.

İntiharçı özünü maaş almaq üçün növbəyə düzülmüş hökumətpərəst sünni birləşməsinin əsgərləri arasında partladıb. Bu barədə İraqın Daxili İşlər Nazirliyi xəbər verir.

Hadisə əsasən sünnilərin yaşadığı Radvaniyə rayonunda baş verib.

Əvvəllər Əl Qaidənin tərəfindən vuruşan “Sahwa” adlı bu silahlı birləşmə, 2006-cı ildən silahı yerə qoyaraq İraq hökumətinin tərəfinə keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG