Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:31

Sudan komandanlığı 300-ə yaxın yaraqlının öldürüldüyünü deyir


Sudanın hakim dairələri Darfur əyalətində qiyamçılarla qanlı toqquşmalar getdiyini xəbər verir.

Komandanlıq son bir neçə gün ərzində baş vermiş toqquşmalarda “Ədalət və bərabərlik” hərəkatının 300-ə yaxın döyüşçüsünün öldürüldüyünü, onlarla adamınsa əsir götürüldüyünü bildirir.

Komandanlıq həmçinin bu döyüşlərdə 70 nəfər itki verdiyini deyir.

Qiyamçılar isə bu döyüşlərdə qarşı tərəfin məğlub olduğunu deyirlər.

BMT-nin məlumatına görə, 2003-cü ildən bu yana Darfurda getmiş toqquşmalarda 200 mindən çox adam ölüb.

XS
SM
MD
LG