Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:14

Türkiyə Ermənistanla sərhəddi açmayacaq


Türkiyə NATO-nun hərbi təlimlərinə görə Ermənistanla sərhədləri açmayacaq.

Bunu Türkiyənin xarici işlər naziri Əhmət Davutoğlu şənbə günü ATƏT ölkələri xarici işlər nazirlərinin Almatıda keçirilən qeyri-rəsmi görüşü çərçivəsində mətbuat konfransında deyib.

Məlumatı "Hürriyyət" qəzeti Anadolu informasiya agentliyinə istinadən yayıb.

Bundan əvvəlki mlumatlarda Türkiyənin NATO təlimləri çərçivəsində Ermənistanla sərhəddi müvəqqəti açacağı bildirilirdi.

NATO sentyabrın 11-dən 17-dək Ermənistanda hərbi təlim keşirməyi planlaşdırır.
XS
SM
MD
LG