Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:02

İran Zahidandakı terrora görə Qərbi günahlandırır


İran ötən cümə axşamı Zahidan şəhərindəki məsçidə törədilmiş partlayışlata görə Qərb və İsraili günahlandırır.

27 adamın ölümüylə nəticələnmiş bu partlayışlara görə cavabdehliyi “ Cindullah”
( Allahın əsgərləri) adlı sünni qrup üzərinə götürüb.

Qrup bunun iyunda liderləri Abdulmalik Riqinin edam edilməsinə cavab olduğunu bəyan edib.

İran Birləşmiş Ştatlarla Böyük Britaniyanı “Cindullah” qrupunu dəstəkləməkdə ittiham edir.

Hər iki ölkə ittihamı rədd edir.

BMT, Birləşmiş Ştatlar və Avropa Birliyi bu terror aktını pisləyiblər.

Məsələylə bağlı artıq İranda 40 şübhəli saxlanıb.
XS
SM
MD
LG