Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:52

Azərbaycanlılar “xoşbəxtlər siyahısında” 103-cüdür


Vətəndaşlarının özünü nə qədər xoşbəxt hiss etməsinə görə Azərbaycan 155 ölkə arasında 103-cü yerdədir. Bu ABŞ-ın sosioloji araşdırmalarla məşğul olan “Gallup” mərkəzinin məlumatıdır.

“Gallup” 115 ölkədə vətəndaşlardan gündəlik həyatda özlərini nə qədər xoşbəxt hiss etdiklərini soruşub. Siyahıya Skandinaviya ölkələri rəhbərlik edir. Birinci yerdə Danimarka, 2-cidə Finalndiya, 3-cüdə Norveç gəlir.

Qafqazda azərbaycanlılar daha çox öz yaşayışlarından razılıq ediblər. “Gallup”ın yeni siyahısında Azərbaycanın adı 103-cü, Ermənistanın adı 110-cu, Gürcüstanın adı isə 115-ci sırada göstərilir.

Bu siyahıda Rusiya 73-cü, Türkiyə Azərbaycanla eyni – 103-cü sırada göstərilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG