Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:53

NATO Taliban komandirini öldürüb


Əfqanıstan polisinin məlumatına görə NATO təyyarələrinin bombardmanlarında Taliban yaraqlılarının komandirlərindən biri öldürülüb. Polis öldürülən adamın Əfqanıstanın şimalında intiharçı partlayışlarının əsas təşkilatçısı olduğunu bildirir.

NATO bu əraziyə hava zərbələri endirsə də hələlik nəticələri haqqında ətraflı məlumatı olmadığını bildirib. Amma alyansdan məlumat veriblər ki, ölkənin şərq bölgələrində keçirdiyi başqa bir əməliyyatda da Talibanın liderlərindən biri öldürlüb. NATO bu adamın İran ərazisi ilə Əfqanıstana canlı qüvvə keçirilməsinə cavabdeh Taliban təmsilçisi olduğunu bildirir.
XS
SM
MD
LG