Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:08
Müsavat Partiyasının başqanı İsa Qəmbər rəhbərlik etdiyi partiya ilə AXCP-nin birləşməsini təklif edib. Bu təkliflə bağlı AXCP sədri Əli Kərimli nə düşünür? Onunla müsahibəni təqdim edirik.

O ZAMAN REAL DEYİLDİ, İNDİSƏ…

- Əli bəy, İsa Qəmbərin təklifinə münasibətiniz necədir? Və artıq partiyada bu məsələnin müzakirəsinə başlamısızmı?

- İsa bəy təklifi səsləndirəndən sonra partiyada müzakirə aparmamışıq. Amma zaman-zaman bizim partiyada da birləşmə ilə bağlı niyyət olub. Hətta 2005-ci ildə parlament seçkilərindən sonra mənim belə istəyim olub və mətbuatda da bunu bildirmişəm. Bunu dar çərçivədə Müsavat təmsilçiləriylə müzakirə də etmişik. O zaman bu real deyildi. Amma indi hesab edirəm ki, bu təklif reallaşa bilər. İsa bəyin AXCP ilə Müsavatın bir pratiyada birləşməsi təklifini çox müsbət qiymətləndirirəm. Bunu relalşadırmaq mümkündür.

- Beş il sonra hansı şərait yetişib, nə dəyişib ki, iki partiyanın birləşməsi reallaşsın?

- Siyasi partiyaları bir-birinə yaxınlaşdıran və uzaqlaşdıran onların mövqeləri olur. Hər bir zaman üçün ölkənin gündəmindəki məsələlərə münasibət partiyaların bir-birinə yaxınlığını və ya uzaqlığını şərtləndirir. 2005-ci parlament seçkilərindən sonra təssüf ki, bizim mövqelərimiz uzaqlaşdısa, bu gün vəziyyət fərqlidir. Müsavatla AXCP-nin ən əsas məsələdə – haikmiyyətə, İlham Əliyevə münasibətdə mövqeyi üst-üstə düşür. Bizim təməl prinsiplərə baxışımızda və münasibətimizdə onsuz da fərq olmayıb. Hər iki partiaya da xalq hərəkatının yetirmələridir. Bir gövdədən ayrılmış iki budaq kimi olmuşuq. Kökümüz eynidir.

BÜTÜN QÜVVƏLƏRİ BİR ARAYA GƏTİRƏ BİLƏR?

- Sizcə, bu birləşmə modelinin topluma faydası dəyəcəkmi?

- Çox böyük faydası olacaq. Əvvəla bu iki partiyanın birləşməsi hakimiyyətə alternativ axtarışları ilə bağlı əhalinin mütləq əksəriyyəti üçün bu sualı bitmiş edəcək. Bu iki partiya çox güclüdür, hər halda başqaları ilə müqayisədə. İkisinin birləşməsi nəticəsində isə real olaraq indi hakimiyyətə alternativ yaranacaq. İkincisi, həm insan, həm maddi baxımından böyük resurslar bir yerdə cəmlənəcək. Üçüncüsü və ən vacibi belə bir alternativ cəmiyyəti süstlükdən qurtara bilər. İndiyədək cəmiyyətdə belə fikirlər səslənirdi ki, «müxalifət birləşmir və ya real qüvvə yoxdur» deyə avtorirtar rejimlə mübarizəyə qoşulmurlar. Bu birləşməsə ölkədə dəyişiklik istəyənlər arasında, bütünlükdə cəmiyyətdə ruh yüksəkliyi yarada, beynəlxalq aləmin diqqətini ölkəyə cəlb edə bilər. Heç bir partiyanın üzvü olmayanları bura gətirər. Vaxtilə hərəkat üzvü olan, sonradan ayrılmış adamlar bu partiya ətrafında birləşə bilər. Bundan başqa, aktiv gənclər bu iki partiyanın bir araya gəlməsini istəyirdi, bu yöndə müraciətləri də olmuşdu və əslində bu addım həm də gəncləri bu partiyaya gətirə bilər. Böyük dəyişikliklər üçün imkanlar yaranmış olacaq.

AXC DE-FAKTO BƏRPA OLUNUR

- Bu keçmiş Azərbaycan Xalq Cəbhəsinin bənzəri olmayacqmı? Orda da ziyalılardan tutmuş siyasətçilərə, gənclərə qədər hamı təmsil olunurdu.

- Bəli, mahiyyətcə, bu keçmiş AXC-nin bərpası olar. Onsuz da AXC bu iki partiya arasında bölünmüşdü. Müəyyən hissə isə tam uzaqlaşıb. Həmin ayrılanlar da yeni hərəkatın nüvəsini təşkil edə bilərlər. Çoxsaylı ziyalıların və fəal vətəndaşların da bu hərəkatda birləşməsi real olacaq. Razıyam ki, bu de-fakto keçmiş AXC-nin bərpası ola bilər.

SƏDR KİM OLACAQ?

- Yeni partiyanın adı, idarəetmə və ya sədrlik məsələsi necə həllini tapacaq? İlkin fikirlər varmı?

- Belə məsələlərin gündəmə gətirilməsi hər zaman mübahisələr, fikir ayrılıqlarına səbəb olur. Bununla da böyük ideyalar yaddan çıxır. Düzü, biz hələ ki bu yöndə müzakirə aparmamışıq. Amma məncə, ən yaxşısı odur ki, indidən partiyalarımızı, cəmiyyətimizi bu böyük birliyə hazırlayaq. Artıq yerdə qalanını qurultayda həllə edərik. İndidən bu haqda danışmaq belə parlaq ideyanı kölgədə qoyar. İlk addım olaraq iki partiya arasında seçki bloku yaratmalı, sonra bu partiyaların siyasi ittifaqına nail olmalı, daha sonra birləşmək üçün fəaliyyətə başlamalı, birləşdirici qurultaya getməliyk. Qurltayada da yekun qərar verilər.

«PARLAQ İDEYANI KÖLGƏDƏ QOYMAYAQ»

- Əli bəy, bu proses seçkilərədək yekunlaşmaz yəqin ki…

- Bu real deyil. Amma parlament seçkilərində vahid namizədlərlə çıxış etsək o zaman vahid partiya kimi getmiş olacağıq. Amma indi parlaq ideyanın təbliğatı getməlidir, bu da cəmiyytədə canlanma yarada bilər. Həmin əhval-ruhiyyəni dağıtmamaq üçün həmkarlarıma müraciət edirəm ki, partyianın adı kimi, yeni sədr kimi məsələləri gündəmə gətirməyək.

- Bu əslində prezident seçkilərinə hazırlıqdırmı?

- Təbii ki, yeni yaranacaq superpartiya (təvazökarlıqdan uzaq olsa da) prezident seçkilərinə ciddi hazırlaşmalı olacaq və inanıram ki, bu partiya Azərbaycan əhalisinin əksəriyyətinin səsini qazana biləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG