Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:50

Aksiyalar üçün «xüsusilə yerlər» məsələsi ATƏT-i narahat edir


Jaklin Karpenter
Jaklin Karpenter
«Mitinqlərin keçirilməsi üçün yerlərin siyahısı barədə müzakirələrə hələ tam olaraq başlanılmayıb».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında ATƏT-in Bakı ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri xanım Jaklin Karpenter deyib.

Onun sözlərinə görə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Bilge Cankorel görüşsə də, rəsmi olaraq mitinqlərin keçirilməsi üçün yeni yerlərin siyahısı ilə bağlı onlara məlumat verilməyib.

«Ola bilsin ki, onlar müzakirə ediblər bu yerlər məsələsini. Ancaq rəsmi olaraq bir siyahı dərc edilməyibsə, deməli bizim bu barədə məlumatımız yoxdur. Biz Bakı Şəhər İcra Hakimiyyəti ilə görüşlərimizi aparırıq. Biz bu istiqamətdə işləyirik. Ancaq hazırda olan siyahı 2008-ci ilin sentyabrında olan siyahıdır. Siyahı barədə müzakirələrə hələ tam olaraq başlanılmayıb. ATƏT-in bu görüşlərdə rolu əsasən məsləhət verməkdir. Biz bu qərarvermə prosesinə müdaxilə edə bilmərik. Müzakirələr zamanı biz bu cür məsələləri qaldırırıq. Xüsusilə belə məsələləri beynəlxalq standartlara istinad edərək qaldırırıq».

Xanım Jaklin deyib ki, siyasi aksiyaların keçirilməsi üçün ayrılan yerlər onları da qane etmir:

«2008-ci il prezident seçkiləri dövrünə istinad etsək sərbəst toplaşmaq haqqında qanuna daha məhdud şəkildə icra edilir. Xüsusilə yerlər məsələsi bizi narahat edir. Əsasən təklif olunan yerlərin şəhərdən çox kənar olması».

Jaklin Karpenter deyib ki, parlament seçkisi ilində seçki məcəlləsinə edilən dəyişiklik də onları razı salmayıb:

«Seçki məcəlləsinə edilən dəyişikliklərə, xüsusilə seçki dövründə təbliğat müddətinin azaldılmasına dair məsələyə biz öz narazılığımızı bildirmişik. Bizim fikrimizcə bu geriyə atılmış bir addımdır».


/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG