Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:30

Avropa Birliyi Cənubi Qafqazla danışıqlara başlayır


Avropa Birliyi Azərbaycan, Ermənistan və Gürcüstanla assosiasiya razılaşması imzalanmasına dair danışıqlara başlayır.

Danışıqların ilk raundu bu ölkələrin paytaxtlarında keçiriləcək. Razılaşma ümumi dəyərlərə dair birgə öhdəliyə əsaslanacaq və siyasi dialoq, ədliyyə, azadlıq, təhlükəsizlik, ticarət və əməkdaşlıq kim bir çox sahələri əhatə edəcək.

Batumidə danışıqlara start verilməsi prosesində iştirak edən Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton deyib: “Azərbaycan, Ermənistan və Gürcüstan Avropa Birliyi ilə əlaqələrini intensivləşdirmək istəklərini aşkar nümayiş etdirirlər. Bu razılaşma təkcə siyasi əlaqələr yox, həm də insanların həyat şəraitinə müsbət təsir göstərəcək. Sənəd bu ölkələrdə islahatlara təkan verəcək”.

Komissar Fülenin sözlərinə görə, onların birliklə əlaqələri üçün yeni hüquqi zəmin yaradacaq. Assosiasiya Razılaşmasının əsas məqsədi bu 3 ölkə ilə Avropa Birliyi arasında daha sıx siyasi birliyə və tədrici iqtisadi inteqrasiyaya nail olmaqdır”.

Gürcüstanla danışıqların ilk raundu dünən Batumidə keçirilib. Azərbaycanla bu gün Bakıda, Ermənistanla isə iyulun 19-da Yerevanda keçiriləcək. Avropa Birliyi hazırda Ukrayna və Moldova ilə də oxşar danışıqlar aparır.

XS
SM
MD
LG