Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:10

Başqırdıstanın prezidenti istefaya getdi


Rusiya prezidenti Dmitri Medvedev Başqırdıstanın prezidenti Murtəza Rahimovu istefaya göndərib. Medvedev bu barədə iyulun 15-də Kremldə Rahimovla görüşdən sonra bildirib.

Medvedev deyib ki, Başqırdıstanda prezident səlahiyyətilərini hələlik Rüstəm Hamitov həyata keçirəcək.

Dmitri Medvedev Murtəza Rahimovu da Rusiyanın ən ali mükafatı ilə təltif edib.

76 yaşlı Murtəza Rahimov 1990-cı ildə Başqırdıstanda ali sovetin sədri, 1993-cü ildə isə prezidenti seçilib.
XS
SM
MD
LG